Azərbaycan karateçiləri Xorvatiyaya yollanır. Sport24.az xəbər verir ki, idmançılarımız Poreçdə keçiriləcək Gənclər Liqasında çıxış edəcəklər.

 

Heyətdə 14 yaşadək, yeniyetmələr, gənclər və 21 yaşadək kateqoriyalarında yarışacaq 13 karateçi yer alıb.

 

Onların arasında artıq Premyer Liqa yarışlarında təcrübəsi olanlar da var. Bunlar Fərid Savadov (60 kq) və Rəşid Süleymanovdur (75 kq).

 

Qeyd edək ki, iyunun 26-dan 29-dək keçiriləcək Gənclər Liqasında 78 ölkədən üç mindən çox idmançının iştirakı gözlənilir.