Bu gün qızlardan ibarət basketbol üzrə U-16 millimizin Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində növbəti oyunları baş tutub. Sport24.az xəbər verir ki, U-16 seçməmiz turnirdə 3-cü görüşünü Rusiyanın "MBU Volqoqrad" klubuna qarşı keçirib və 67:38 hesablı qələbəyə sevinib.

 

Qızlarımız günün ikinci oyununda isə Qazaxıstan təmsilçisi "Aul Sport" klubu ilə qarşılaşıb və 59:39 hesabı ilə rəqibinə qalib gəlib. Bu, qızlarımızın turnirdə "Aul Sport" klubu üzərində ikinci qələbəsi olub.

 

Qeyd edək ki, bütün görüşlərini qələbə ilə tamamlamış qızlarımızın növbəti oyunları 25 iyunda baş tutacaq.