"İmişli" Premyer Liqaya vəsiqə qazandı. Vaxtilə avrokuboklarda bu bölgənin digər təmsilçisi "MKT-Araz"ın çıxış etməsini nəzərə alan klub dərhal əcnəbiyə həvalə olundu. Portuqaliyalı Xorxe Kasqilyanın İmişlinin eyniadlı təmsilçisini zirvələrə daşımaq, yoxsa sadəcə, PR üçün dəvət olunduğunu deyə bilmərik.
Redaksiyamızda maraqlı ideya irəli sürüldü. Həmkarlarım "legioner limiti ləğv olub, bunlar da elə bilir ki, söhbət əcnəbi məşqçilərdən gedir", - fikrini yürüdüb. İnanmaq istəmirəm ha, ancaq hər zarafatda bir həqiqət də var axı.
Nə olsun ki, komandanın ev oyunlarını keçirməyə doğma meydanı yoxdu!? Əsas əcnəbi baş məşqçidi ki, bu da həllini tapıb. O boyda "Sabah", "Turan" və "Qəbələ"də xaricdən gələnlər işləyə bilir, "İmişli"yə çatanda olmaz? Olar, gözümün işığı, əlbəttə, olar! Nə olsun ki, "İmişli"yə gətirilən portuqaliyalı yoldaşa sonuncu dəfə Vətənində III Liqa təmsilçisini çalışdırdıqdan sonra xidmətində heç kim maraqlı olmayıb?! İndi "İmişli"də işləyəndən sonra İtaliya, İspaniya, İngiltərənin top klublarının maraq dairəsinə düşər, siz də görərsiniz!
Millət paxıllığından bilmir nə eləsin. Məncə, biz tarixi zəfərlərin astanasındayıq. İndi "İmişli" rəhbırliyininin növbəti addımlarından çox şey asılıdı. Massajçını Barbadosdan, operatoru Saxara səhrasından gətirməyə müvəffəq olsalar, inanın ki, "Qarabağ" çempionluq tacını artıq növbəti mövsüm itirəcək.
Qısası, gözləyin, görün, indi qaqanız nağarajax!