"Sabah" Namik Ələskərovla yollarını ayırıb. Sport24.az xəbər  verir ki, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Namik 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 83 (7) oyun keçirib. Namik "Sabah"da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.