"Fənərbaxça" "Tottenhem"in hücumçusu Riçarlisonu transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, İstanbul klubunun baş məşqçisi Joze Mourinyo futbolçunu daim diqqətdə saxlayır. Londonlular 28 yaşlı braziliyalını satmağa və ya icarəyə verməyə hazırdır. Londonlular onun performansından və tez-tez zədələnməsindən narazıdır.

 

Qeyd edək ki, Riçarlison 2024/25 mövsümündə "Tottenhem"in heyətində bütün turnirlərdə 24 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.