"Neftçi"nin Azərbaycan millisinin sabiq futbolçusu Filip Ozobiçlə yollarını ayırmasının səbəbi bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" 34 yaşlı yarımmüdafiəçiyə daha az maaşla yeni sözləşmə təklif edib.
Lakin tərəflər razılığa gələ bilməyiblər.
Qeyd edək ki, 2023-cü ilin yayından "Neftçi"də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.