Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanov karyerasını "Şəfa"da davam etdirəcək. 32 yaşlı hücumçu bu barədə Sport24.az-a açıqlamasında bildirib.
Forvard bir neçə klubdan təklif alsa da, qəbul etmədiyini söyləyib:
"Bəzi təkliflər oldu. Amma mənim klubumla müqaviləm var. Öz fikrim də komandada qalmqdır. "Şəfa" ilə çempion olub Premyer Liqaya yüksəlmək istəyirik".
Qeyd edək ki, Amil Yunanov ötən mövsüm II Liqada 26 qola imza atıb. Komanda çempionatda ikinci yeri tutaraq I Liqaya vəsiqə əldə edib.