"Neftçi" Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla müqavilə imzalamayacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasındakı danışıqlar müsbət nəticələnməyib.
26 yaşlı hücumçu hələ də klub axtarışındadır.
Qeyd edək ki, Dadaşov fevralında Polşanın "Radomyak" komandasına keçib. Klubla Renat arasında mövsümün sonuna kimi imzalanan müqavilədə onun bir il müddətinə uzadılması maddəsi olsa da, futbolçu komandada qalmaq istəmir.