Fransalı yarımmüdafiəçi Mussa Diabi "Aston Villa"dan Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində "Əl-İttihad" məlumat yayıb.

 

Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu üçün müxtəlif bonuslar nəzərə alınmaqla İngiltərə klubuna 60 milyon avro ödəyəcək. Qeyd olunub ki, oyunçu Səudiyyə klubu ilə 5 illik müqaviləyə razılaşıb.

 

Qeyd edək ki, 25 yaşlı Mussa Diabi karyerası ərzində "Bayer", "Krotone" və PSJ-də çıxış edib.