"Zirə"nin Avropa Liqasının I Təsnifat mərhələsindəki ilk oyununun hakimi bəlli olub.

Sport24.az xəbər verir ki, iyulun 11-də baş tutacaq "Şerif" – "Zirə" matçını İsveçrədən olan hakimlər idarə edəcək.

Moldovada keçiriləcək görüşdə Alessandro Dudiç fit çalacaq. 35 yaşlı referi 2018-ci ildə İsveçrə birinci liqasında debüt edib. O, UEFA Gənclər Liqasında 2, Konfrans Liqasında 1, gənc və yeniyetmə futbolçular arasında Avropa çempionatlarının seçmə mərhələlərində 5 oyun idarə edib.