Misli Premyer Liqasında 32-ci turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, beş qarşılaşmada ümumilikdə 9010 tamaşaçı yer alıb.
"Turan Tovuz" - "Şamaxı" matçında (1:1) 3000, "Kəpəz" - "Zirə" (0:1) görüşündə 500, "Səbail" - "Araz-Naxçıvan" (1:1) duelində 150, "Sabah" - "Qarabağ" oyununda 3960, "Sumqayıt" - "Neftçi" qarşılaşmasında 1400 tərəfdar tribunada əyləşib.
Qeyd edək ki, 33 tura mayın 2-də start veriləcək.