Liverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonso hazırda Karlo Ançelottinin çalışdırdığı "Real"a keçməyin biraddımlığındadır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto X sosial şəbəkəsində yazıb.Tərəflər demək olar ki, müqavilə ilə bağlı razılığa gəliblər:

 

"Xabi Alonso "Real" ilə anlaşıb. O, "Bayer" rəhbərliyi ilə görüşərək İspaniyaya köçmək istəyini onlara çatdıracaq".

 

O, həmçinin əlavə edib ki, Ançelotti Braziliya millisinin baş məşqçisi olmağa yaxındır:

 

"Karlo Ançelotti braziliyalılarla müqaviləsinin bütün təfərrüatlarını yekunlaşdırır. İtaliyalı məşqçi artıq razılığını verib".

 

Qeyd edək ki, "Real" 33 turdan sonra turnir cədvəlində lider "Barselona"dan 4 xal geri qalaraq 2-ci yerdədir.