"Barselona" Hans-Diter Flikin məşqçilik karyerasında sonuncu klub ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 60 yaşlı mütəxəssis uzun illər işləmək fikrində olmadığını dəfələrlə vurğulayıb. Alman məşqçi "Barselona"dan ayrıldıqdan sonra karyerasını bitirəcəyini istisna etmir.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Barselona"nın Fliklə müqaviləni 2027-ci ilə qədər uzatmaq istədiyi barədə xəbərlər yayılıb.