Vadim Skripçenko "Şerif"dən ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Moldova klubunun mətbuat xidməti məlumat yayıb.
Hər iki tərəfin qarşılıqlı razılıq əsasında tərəfdaşlığa son qoyulduğu bildirilir. Baş məşqçi ilə yanaşı, köməkçi məşqçi Vyaçeslav Geraşenko və fiziki hazırlıq üzrə məşqçi Ruslan Zubik komandadan ayrılıb.
Qeyd edək ki, belaruslu məşqçi Moldova klubu ilə sentyabrın 3-də müqavilə imzalamışdı.