Vilfrid Nans Şotlandiya təmsilçisi "Seltik"in baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə Qlazqo klubunun rəsmi saytı məlumt yayıb. 

 

Anlaşmaya əsasən Nensi 2028-ci ilin yayına qədər "Seltik"in "sükanı arxasında" olacaq. Mütəxəssis karyerası ərzində Şimali Amerikada "Monreal Impakt"la Kanada çempionluğunu, "Colambus Kryu" ilə isə MLS Kubokunu və Liqa Kubokunu qazanıb.

 

Qeyd edək ki, "Seltik" hazırda Şotlandiya Premyer Liqasında 32 xalla ikinci yerdədir. Zirvədə isə eyni xala malik  "Harts" qərarlaşıb. Qlazqo klubunun ehtiyatda bir oyununun olduğunu da vurğulmaq lazımdır.