Almaniyanın "Leyptsiq" klubunun futbolçusu Timo Verner karyerasını ABŞ təmsilçisi "İnter Mayami"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, MLS təmsilçisi 29 yaşlı oyunçunun keçidi ilə bağlı danışıqlar aparır.

 

Almaniyalı hücumçunun mümkün keçidinin qışda gerçəkləşəcəyi gözlənilir. Oyunçu özü də ABŞ-də oynamağı planlaşdırır.

 

Qeyd edək ki, Timo Vernerin Bundesliqa klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var.