Mövsümün sonuna bir tur qalmış Braziliyda çempion müəyyənləşib. Sport24.az xəbər verir ki, Rio-de-Janeyro klubu 37-ci tur çərçivəsində "Marakana" stadionunda keçirilən ev oyununda "Searanı" 1:0 hesabı ilə məğlub edib.

 

Matçda vurulan yeganə qolun müəllifi yarımmüdafiəçi Samuel Lino olub. 

 

Qeyd edək ki, 37 turdan sonra aktivinə 78 xal olan "Flamenqo" ən yaxın rəqibi "Palmeyras"dan beş xal öndədir ki, bu da çempionluq üçün yetərlidir.