Bu gün keçiriləcək 3 oyunla Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsi yekunlaşacaq. Sport24.az xəbər verir ki, qarşılaşmalardan yalnız biri Bakıda baş tutacaq. 

 

Günün ilk qarşılaşmasında Qəbələnin eyniadlı klubu I Liqanın lideri "Şəfa"nı qonaq edəcək. Mərdəkanda iki elita təmsilçisi üz-üzə gələcək. "Araz-Naxçıvan" "Kəpəz"lə münasibətləri aydınlaşdıracaq. "Sumqayıt" isə "Difai" ilə qarşılaşacaq.

 

Qeyd edək ki, mərhələnin digər matçları dünən və srağagün keçirilib.

 

Bizon Azərbaycan Kuboku

1/8 final mərhələsi

 

15:00. "Qəbələ" - "Şəfa"

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ. Şəhər stadionu.

 

19:00. "Araz-Naxçıvan" - "Kəpəz"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Mərdəkan. "Liv Bona Dea Arena".

 

19:00. "Sumqayıt" - "Difai"

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.