"Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutski "Ural"ın "sükanı arxasına" keçməyə yaxındır. Sport24.az "Legalbet"ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis Yekaterinburq klubunun baş məşqçisi postuna əsas namizəddir.

 

"Ural"ı hazırda Miroslav Romaşenko çalışdırır. Lakin onun rəhbərliyi altında komanda üç oyunluq qələbəsiz seriya ilə üzləşib və PARI Liqasının lideri "Fakel"dən yeddi xal geri düşüb. 

 

Qeyd edək ki, Berezutski "Sabah"ın baş məşqçisi yanaşı "Vitess" ( Niderland), CSKA (Moskva), "Krasnodar" və "Şanxay Şenxua" (Çin) komandalarının məşqçilər heyətində çalışıb, həmçinin "Sabah"ı (Azərbaycan) çalışdırıb.