"Əl-Əhli" Merih Demiralın müqaviləsinin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

 

Türkiyə millisinin üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

 

Qeyd edək ki, "Əl-Əhli" Merih Demiralı 2023-cü ilin yayında "Atalanta"dan 17 milyon avroya transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Ciddə təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub.