"Tottenhem"in qapıçısı Qulyelmo Vikario ölkəsinə qayıda bilər. Sport24.az xəbər verir ki, "İnter" italiyalı qolkiperi transfer etmək istəyir.

 

Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

 

Premyer Liqa klubu Vikarionu satmağın əleyhinə deyil. Onlar 29 yaşlı "əlcək sahibi" üçün 25 milyon avro tələb edirlər.

 

Qeyd edək ki, "Tottenhem" Qulyelmo Vikarionu 2023-cü ilin yayında "Empoli"dən transfer edib. İtaliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 20 rəsmi matçda meydana çıxıb.