"Globe Soccer" - ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin final siyahısı məlum olub. Sport24.az xəbər verir ki, siyahıda 6 mütəxəssis var.

 

Finalçılar aşağıdakılardır: 

 

Xabi Alonso ("Real"), Mikel Arteta ("Arsenal"), Luis Enrike (PSJ), Hans-Diter Flik ("Barselona"), Enzo Mareska ("Çelsi"), Arne Slot ("Liverpul").

 

Qeyd edək ki, sayca 16-cı "Globe Soccer" mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda keçiriləcək. Ötən il ən yaxşı məşqçisi həmin vaxt "Real"a rəhbərlik edən Karlo Ançelotti olub.