"Çelsi" və İspaniya millisinin müdafiəçisi Mark Kukurelya "Brayton"da oynayarkən "Mançester Siti"yə transferinin alınmamasından danışıb. O, bu barədə "El Desmarque" portalına açıqlama verib:

"Siti" dünyanın ən yaxşı komandalarından biri idi və daim uğur qazanırdı. Mən də getmək istəyirdim. Sənə belə zəng edəndə və komandanın baş məşqçisi Xosep Qvardiola şəxsən səni sərəncamında görmək istəyəndə lazım gələrsə, diz çökməyə hazırsan.

 

Təəssüf ki, klublar arasında təzminat məsələsində razılıq əldə olunmadı. "Brayton" rəhbərliyi keçidim üçün qarşı tərəfdən fantastik pullar istədi".

 

Qeyd edək ki, ispaniyalı müdafiəçi 2022-ci ildən "Çelsi"nin formasını geyinir.