İngiltərənin "Mançester Siti" klubu 1957-ci ildən sonra ilk dəfə 4 qol buraxdığı matçda qalib gəlib. Sport24.az xəbər verir ki, "şəhərlilər" buna ötən gün Premyer Liqanın XIV turunda "Fulhem"i məğlub etdikləri oyunda (5:4) nail olub.

 

Mançester təmsilçisi 68 il əvvəl "Şeffild Uensdey"i eyni hesabla üstələyib.

 

Qeyd edək ki, "Mançester Siti" hazırda 28 xalla ikinci pillədə qərarlaşıb.