Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) "Qlobal gənclər təlim düşərgəsi"nə qatılacaq. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

 

İstedadlı idmançı Çinin Çendu şəhərində təşkil olunacaq toplanışda millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edəcək. O.Quluzadə bu düşərgəyə BSTF-nin qitələr üzrə ən istedadlı idmançıları üçün həyata keçirdiyi proqrama əsasən dəvət alıb. Həmin proqram beynəlxalq yarışlarda mütəmadi olaraq yüksək nəticələr göstərən istedadlı stolüstü tennisçilər üçün nəzərdə tutulub ki, xüsusi seçilmiş 40 idmançı arasında Azərbaycan təmsilçisi də yer alır.

 

Qeyd edək ki, "Qlobal gənclər təlim düşərgəsi" dekabrın 4-dən 13-dək təşkil olunacaq.