Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) VIII tur start götürür. Sport24.az xəbər verir ki, turun ilk oyun günündə 2 görüş baş tutacaq.
B qrupunda "Sərhədçi" "doğma divarlar" arasında "Ordu"nu qonaq edəcək. Qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək. "Ordu" 14 xalla qrup liderdir. 9 xala malik "Sərhədçi" sonuncu - altıncıdır.
A qrupunda isə "Neftçi" "Gəncə" ilə qarşılaşacaq. Bu oyun isə saat 20:00-da başlayacaq. "Gəncə" 8 xalla dördüncü, "Neftçi" 7 xalla beşincidir.
Qeyd edək ki, hər iki görüş "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.