Federiko Valverde yenidən qitə nəhənglərinin diqqət mərkəzindədir. "Liverpul", "Mançester Yunayted" və "Bayern" uruqvaylı yarımmüdafiəçini transfer etmək istəyir. Sport24.az xəbər verir ki, madridlilər kapitanını satmaq niyyətində deyil.

 

Əksinə, 2029-cu ilin yayında müqaviləsi bitəcək oyunçuya tezliklə yeni təklif irəli sürüləcək. Tərəflər razılaşsa, anlaşmanın müddəti uzadılacaq.

 

2016-cı ildə "Penyarol"dan 5 milyon avroya transfer edilən Valverde "Real"ın gənclər komandasından əsas heyətə kimi yüksəlib. 27 yaşlı yarımmüdafiəçi maaşının artırılacağı təqdirdə "Real"da qalmaq istəyir. O, aldığı çoxsaylı təkliflər barədə çox düşünmür.