"Arsenal"ın baş məşqçisi Mikel Arteta 1/8 final mərhələsinin "Bayer"ə qarşı keçirilmiş ilk oyunundan (1:1) sonra Çempionlar Liqasının çətinliyindən danışıb. Sport24.az xəbər verir ki, ispan mütəxəssis komandasının durumu haqda bunları deyib:
"Bayer"lə matç bu yarışda, xüsusən də səfərdə istənilən rəqibi məğlub etməyin nə qədər çətin olduğunu xatırlatdı. Geri baxanda, Çempionlar Liqasında ardıcıl 8 oyunda qalib gəlmək üçün nə qədər çalışdığımızı indi başa düşürük. Çünki bu, çox çətindir, bunu əvvəllər heç kim etməyib. Biz bunu çox yaxşı başa düşürük. "Bayer"lə oyunun əhəmiyyətini və rəqibin çətinliyini başa düşürdük. İndi Londondakı missiyamızı tamamlamalıyıq".