Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Sebastyan Şimanski karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, "Napoli" və "Milan" polşalı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır. 

 

İstanbul klubu bu transferdən ən azı 25 milyion avro gəlir əldə etmək niyyətindədir. 

 

25 yaşlı oyunçunun "Fənərbağça" ilə müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. Şimanski csri mövsüm 42 matçda meydana çıxıb, 5 qol bə 9 assist müəllifi olub.