Çinin "Quanqsi Pinqqo" klubunun yarımmüdafiəçisi Samuel Asamoa reklam lövhəsi ilə toqquşaraq ciddi zədə alıb. Sport24.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
İnsident oktyabrın 5-də ikinci liqada baş verib. Toqolu futbolçu künc bayrağı yaxınlığında mübarizə apararkən, rəqib onu itələyib və nəticədə futbolçunun başı reklam lövhəsinə dəyib.
Klubun bəyanat yayaraq bildirib ki, 31 yaşlı Asamoayaya boyun fəqərələrinin yerindən çıxması və sınığı, həmçinin sinirlərin sıxılması ilə onurğa blokadası diaqnozu qoyulub. O, ağır paraplegiya (hər iki aşağı ətrafın iflici) ilə üzləşib və mövsümün qalan hissəsini buraxacaq.
Qeyd edək ki, Asamoa bir gün əvvəl uğurlu əməliyyat olunub, vəziyyəti stabildir.