Məhəmməd Salah "Liverpul" ilə yeni müqavilə imzalamağa yaxınlaşır və danışıqlar artıq son mərhələdədir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabirisio Romano məlumat yayıb. "Qırmızılar" ən məşhur oyunçularından birinin gələcəyini təmin edən razılaşmanın tezliklə əldə ediləcəyinə əmindir.
Salah bu mövsüm 45 oyunda 32 qol vurub və 22 məhsuldar ötürmə edib.