Lüksemburq millisi AVRO-2024-ün seçmə mərhələsində J qrupunda son oyununu keçirib. Sport24.az xəbər verir ki, Lixtenşteynə səfərdə 1:0 qalib gəldikləri matçda “Sabah”ın yarımmüdafiəçisi Vinsent Till də əsas heyətdə yer alıb.

O, 75-ci dəqiqədə əvəzlənib.

Lüksemburq millisi artıq 5-ci dəqiqədən azlıqda qalmasına görə 10 nəfərlə oynasa da, qalib gələ bilib  Amma bu, AVRO-2024-ə vəsiqə verməyərək yalnız təsəlli qələbəsi olub. Belə ki, Lüksemburq 10 oyundan 17 xal toplayaraq qrupda 3-cü yeri tutub.