"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi və kapitanı Roy Kin "qırmızı şeytanlar"ı son matçlardakı oyunlarına görə tənqid etdi. Sport24.az xəbər verir ki, veteran futbolçu bununla bağlı "Mundo Deportivo"ya açıqlama verib:

 

"Hər dəfə bu "Mançseter Yunayted"i görəndə əsəbiləşirəm. Onlar öz işlərini görmək üçün kifayət qədər səmərəli və ya aqressiv deyillər.

Son üç-dörd matç dəhşətli, həqiqətən də, çox pis keçdi. Oyunçular meydana qorxmuş kimi çıxır. Onlar pabdan çıxmış komandaya oxşayırdılar".

 

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqanın 14-cü turunda "Vest Hem"lə 1-1 edib, 13-cü turda "Kristal Pelas"a 2-1 hesabı ilə qalib gəlib, 12-ci turda isə "Everton"a uduzub - 0:1.