"Qızıl top"un beşqat sahibi Kriştiano Ronaldonun oğlu, kiçik Kriştiano Ronaldo Portuqaliya millisində qazandığı ilk kubokun fotosunu paylaşıb. Sport24.az xəbər verir ki, foto TCR-nin sosial şəbəkədəki X səhifəsində yayımlanıb.
14 yaşlı futbolçu bir müddət əvvəl ilk dəfə Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət komandasına çağırılıb. Milli beynəlxalq turnirin finalında Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşıb. Oyun portuqaliyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Kriştiano matçın 13 və 44-cü dəqiqələrində fərqlənib.
Qeyd edək ki, "Real"ın skautları 14 yaşlı futbolçunun Portuqaliya yığmasında debüt oyununu izləyib.