Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempionatları tarixində ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, siyahının ilk iki pilləsində Fransa yığmasının sabiq yarımmüdafiəçisi Mişel Platini və "Yuventus"la Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qərarlaşıb.

Belə ki, hər iki oyunçu 9 qolla Avropa çempionatları tarixinin bombardiridir. Platini bütün qollarını 1984-cü ildə meydanda olduğu 5 görüşdə vurub. Ronaldo isə 2004-cü ildə 2, 2008-ci ildə 1, 2012 və 2016-cı ildə 3 dəfə fərqlənib. Göründüyü kimİ, Ronaldo bu yay keçiriləək Avropa çempionatında turnirin tarixinə düşə bilər. 

İlk üçlüyü İngiltərə  yığmasının sabiq forvardı Alan Şirer qapayır. Belə ki, 51 yaşlı keçmiş oyunçu 1996-cı ildə 5 qol, 4 il sonra isə 2 qol vurmağa nail olub.

Karyerasını davam etdirən oyunçulardan fransalı Antuan Qrizmann və isveçli Zlatan İbrahimoviç 6 qolla 4 - 9-cu yerləri bölüşdürür.