Milli çempionatlarda ən çox qələbə qazanan futbolçular açıqlanıb. Sport24.az xəbər verir ki, İFFHS-in siyahısına Kriştiano Ronaldo başçılıq edir.

 

O, müxtəlif klubların heyətində 500 çempionat matçında qələbə sevinci yaşayıb. Portuqaliyalı ulduzu braziliyalılar Fabio və Rojerio Seni izləyir.

 

Lionel Messi isə cədvəldə 5-cidir.

 

Kriştiano Ronaldo - 500
Fabio – 484
Rojerio Seni – 470
Duqi Qrey – 465
Lionel Messi – 441
Emerson Leao – 440
Rayan Giqqz – 425
Fernandinyo – 423
İker Kasilyas – 418
Roberto Dinamit – 415
Luka Modriç – 409
Canluici Buffon – 408
Kərim Benzema – 406
Luis Suares – 404
Roberto Karlos – 403
Alek Makneyr – 401