Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştianu Ronaldo DÇ-2026-nın seçmə mərhələsinin E qrupunun 1-ci turu çərçivəsində Ermənistan yığması üzərində qazandıqları qələbəyə münasibət bildirib. Sport24.az xəbər verir ki, ulduz futbolçu sevincini sosial şəbəkə hesabında 3 sözlə ilə ifadə edib:
Kriştiano sosial şəbəkədə matçdan fotoları əlavə edərək "İlk addım atıldı" yazıb.
Qeyd edək ki, Portuqaliyanın Ermənistanı 5:0 hesabı ilə məğlub etdiyi matçda Ronaldo dubla imza atıb. Portuqaliya millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu sentyabrın 9-da səfərdə Macarıstana qarşı keçirəcək.