"Barselona"nın hücumçusu Robert Levandovski artıq kollektivlə birgə məşqlərə başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Polyak hücumçu təlim-məşq toplanışında sol ayağından zədə almışdı. Mətbuatda onun 3 həftədən tez sıraya dönməyəcəyi, sentyabrın ortalarında yaşıl meydanlara qayıda biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Mənbənin sözlərinə görə, Levandovski zədəsini gözlənildiyindən daha tez sağaldıb. Onun La Liqanın 2-ci turunun avqustun 23-də "Levante" ilə keçiriləcək oyununda iştirak edə biləcəyi gözlənilir