Futbol üzrə İsveçrə çempionatında 28-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Sion”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

“Qrasshopper” 28 turdan sonra 34 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.