Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Türkiyə Superliqasının 33-cü turunu məğlubiyyətlə başa vurub. Şəhərin eyniadlı təmsilçisi Antalya səfərindən xalsız dönüb.

 

Renat "Antalyaspor"la qarşılaşmada 87-ci dəqiqədə meydana çıxmaq şansı qazanıb. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, bu məğlubiyyətdən sonra "Hatayspor" düşmə zonası olan 18-ci pilləyə yuvarlanıb geriləyib.