“Real"da çıxış edən Avstriya yığmasının futbolçusu David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyunu buraxa bilə. Sport24.az xəbər verir ki, buna səbəb müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə təmsilçisi “Liverpul”la keçirilən oyunda zədələnməsidir.

Belə ki, ulduz futbolçu qarşılaşmanın 27-ci dəqiqəsində bud nahiyəsindən xəsarət alaraq əvəzlənib. Avstriya millisinin kapitanının bu üzdən “Rayffeysen Arena”da Azərbaycan və Estoniya yığmalarına qarşı keçiriləcək seçmə mərhələ görüşündə iştirakı sual altına düşüb.

Xatırladaq ki,  Avstriya yığması martın 24-də Azərbaycanı, 3 gün sonra isə Estoniyanı qəbul edəcək.