2024-cü ildə "Qızıl top" mükafatının qalibi olan Rodri "Real"a keçə bilər. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, "Los Blancos" ispaniyalıya maraq göstərməkdə davam edir və onu yaxındam izləyir.
Lakin "Kral klubu" futbolçunu yaydan tez transfer etməyi planlaşdırmır. Rodrinin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. Madrid klubu bundan istifadə edib yarımmüdafiəçini daha ucuz qiymətə transfer etməyi düşünür.
Qeyd edək ki, "Transfermarkt" portalının məlumatına görə, yarımmüdafiəçinin hazırkı bazar dəyəri 75 milyon avro təşkil edir.