"Real" yeni hücumçusu Endriki ictimaiyyətə təqdim edib. Sport24.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı oyunçu Madrid təmsilçisində 16 nömrəli forma geyinəcək.

 

Futbolçu artıq tibbi müayinədən keçib və onunla 2030-cu ilin yayında başa çatacaq müqavilə imzalanıb.

 

Qeyd edək ki, Endrik "Palmeyras"ın yetirməsidir və U17-dən əsas komandaya qədər yüksəlib. Ümumilikdə, hücumçu Braziliya təmsilçisinin əsas heyətində 80 oyuna çıxıb, 21 qol vurub və 4 qolun ötürməsini verib.