"Real"ın prezidenti Florentino Peres klubun keçmiş futbolçusu Luka Modriçlə görüşüb və ona gələcəkdə məşqçi kimi işləməyi təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Peres qeyd edib ki, xorvatiyalı məşqçilik karyerasına klubun gənclər akademiyasında başlasa, "Real" üçün şərəf olardı. "Kral klubu"nun sabiq oyunçuları - Raul Qonsales, Quti, Zinəddin Zidan, Alvaro Arbeloa və əsas komandanın hazırkı baş məşqçisi Xabi Alonso da vaxtilə orda çalışıblar.
Qeyd edək ki, 39 yaşlı Modriç mövsümlərarası fasilədə "Milan"la müqavilə imzalayıb. Xorvatiyalı yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 62 matçda 4 qol vurub və 9 məhsuldar ötürmə edib.