"Bornmut"un və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnının PSJ-yə keçidi dəqiqləşib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, parislilər ukraynalı üçün bonuslar da daxil olmaqla 67 milyon avro ödəyəcəklər.
Zabarnının tibbi müayinəsi çərşənbə günü, avqustun 13-də keçiriləcək UEFA Superkuboku uğrunda PSJ - "Tottenhem" oyunundan əvvəl baş tutacaq.
Qeyd edək ki, Zabarnı ötən mövsüm "Bornmut"un heyətində bütün turnirlərdə 39 oyun keçirib və bir məhsuldar ötürmə edib.