"Barselona"nın hücumçusu Robert Levandovski zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı polşalı futbolçunun sol budunda əzələ ağrıları var. O, bazar günü "Komo" ilə keçiriləcək Joan Qamper Kubokunun finalını buraxacaq.
Qeyd edək ki, "Barselona" avqustun 16-da, İspaniya çempionatının ilk turunda "Malyorka"nı qonaq edəcək.