"Mançester Siti"nin mərkəz müdafiəçisi Viktor Reis mövsümün sonuna qədər "Jirona"ya icarəyə verilib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

 

19 yaşlı braziliyalı futbolçu 2025-ci ilin yanvarında "Palmeyras"dan transfer olunub. Onun "şəhərlilər"lə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, Reis Mançester təmsilçisinin heyətində 4 oyun keçirib ki, onun da biri klublararası dünya çempionatına təsadüf edib.