"İmişli" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Tuncay Yusifli ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 20 yaşlı müdafiəçi son olaraq "Sabah"ın əvəzedici komandasında çıxış edib.