"Kəpəz" klubu futbolçu transfer etməkdə çətinlik çəkir. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "sarı-göylər"in bir neçə oyunçu ilə danışıqları uğursuz nəticələnib.

Gəncə təmsilçisinin bu məsələdə işləri ağırlaşıb.

Belə ki, yeni mövsümün startına bir həftə qalıb, qərblilər isə yalnız 8 oyunçu ilə müqavilə imzalaya biliblər. Halbuki "Kəpəz" 2024/2025 mövsümündə komandada çıxış etmiş 15 futbolçu ilə vidalaşıb.

Bəzən isə yoxlama oyunlarında əlacsızlıqdan "Kəpəz"in yetirmələri olan 19-20 yaşlı oyunçular meydana çıxıblar.

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək. "Kəpəz" ilk turda "Sumqayıt"ın qonağı olacaq.