La Liqanın 13-cü turunda "Osasuna" ilə oyunda zədələnən Rodriqo vaxtından əvvəl meydana qayıdacaq. Sport24.az xəbər verir ki, Madrid "Real"ının hücumçusu Rodriqo Silva bu gün komandanın məşqinə qayıdır.

 

Futbolçu meydana erkən qayıtmağa hazırdır.

 

Braziliyalı vinget bu mövsüm bütün yarışlarda 15 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Daha əvvəl FİFA-nın 23 yaşlı cinah oyunçusunu 2024-cü ilin ən yaxşı hücumçusu adına namizədlər siyahısına daxil etdiyi bildirilirdi.